Bank Of Baku

Azərbaycan İrəvan Dövlət Teatrının kollektivi Vanda zəlzələdən zərər çəkənlərə yardım edəcək

Azərbaycan İrəvan Dövlət Teatrının kollektivi Vanda zəlzələdən zərər çəkənlərə yardım edəcək
# 08 noyabr 2011 08:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan - İrəvan Dövlət Teatrının kollektivi Türkiyənin bir sıra bölgələrində çıxış edəcək. APA-nın Türkiyə məlumatına istinadən yaydığı xəbərə görə, teatr kollektivi 14 noyabr - İğdırın qurtuluş günündə İğdırda, noyabrın 15-də Qarsda, noyabrın 17-də Ankarada, 19-da İstanbulda, 20-si və 21-də Manisada, 22-də Muğlada, 24-də Türkiyə Müəllimlər Günü münasibəti ilə zəlzələdə zərər çəkənlərə dəstək olmaq üçün Vanda çıxış edəcək. Xəbərdə bildirilir ki, Azərbaycan İrəvan dövlət Teatrının rəhbərliyi Manisada çıxışları zamanı toplanacaq vəsaiti, Mehmet Akif Liseyinin Məktəb Ailə Birliyi və şagirdlərinin iştirakı ilə Vanda zəlzələdən ziyan çəkənlərə çatdırmaq istəklərini bəyan ediblər. Teatr rəhbərliyi bu işdə Manisa Valisi Halil İbrahim Daşözdən dəstək istəyib. Vali bu istəyi qəbul edib.

Qeyd edək ki, Azərbaycan İrəvan Dövlət Teatrı 129 ildir fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR