Bank Of Baku

Azərbaycanın xalq artisti Yaşar Nuri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Azərbaycanın xalq artisti Yaşar Nuri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
# 11 noyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin vəziyyəti pisləşib. APA-nın məlumatına görə, aktyor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aktyor Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə alır. Yaşar Nurinin özündə olmadığı, danışa bilmədiyi deyilir.

Bu faktı APA-ya təsdiqləyən Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva aktyorun vəziyyətinin həqiqətən də yaxşı olmadığını açıqlayıb: “Yanına mən də daxil olmaqla, heç kim buraxılmır. Hər şey gözlənildiyindən də pisdir. Bu hal bizi çox narahat edir. Akademik Milli Dram Teatrında keçirilən yubileyindən sonra gündəlik müayinə olunurdu, hospitala gedirdi. Amma bu dəfə halı pisləşdi. Bunun səbəbləri mənə məlumdur, orqanizmi artıq mübarizə apara bilmir. Elə şeylər var ki, açıqlaya bilmirəm. Yaşarı yerindən belə tərpətmək olmaz. Anlayıram ki, durumu çox ağırdır”.

Qeyd edək ki, Y. Nurinin səhhəti bu il sentyabrın 15-də də qəflətən pisləşmiş, aktyor bir müddət Dövlət Gömrük Komitəsinin Hospitalında müalicə almışdı.

Xalq artisti ötən ilin sonu, bu ilin əvvəlində isə Türkiyənin İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR