Bank Of Baku

Azərbaycanlı karikatura ustası beynəlxalq müsabiqədə xüsusi diploma layiq görülüb

Azərbaycanlı karikatura ustası beynəlxalq müsabiqədə xüsusi diploma layiq görülüb
# 11 noyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın məşhur karikatura ustası Seyran Cəfərli Serbiyada keçirilən XVI Beynəlxalq “Kragujevac 2011” karikatura yarışmasına qatılıb. Seyran Cəfərlinin APA-ya verdiyi məlumata görə, yarışmaya dünyanın 46 ölkəsindən 186 müəllif 403 əsərlə qatılıb. Müsabiqə müharibə əleyhinə mövzusunda keçirilib. Seyran Cəfərlinin əsəri yarışmanın münsiflər heyəti tərəfindən xüsusi diploma layiq görülüb.

Bundan başqa karikaturaçı Almaniyada keçirilən VI “DQ” Beynəlxalq Karikatura Yarışmasının münsiflər heyətində təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR