Bank Of Baku

Azərbaycanda gürcüstanlı uşaqların rəsm sərgisi təşkil ediləcək

Azərbaycanda gürcüstanlı uşaqların rəsm sərgisi təşkil ediləcək
# 12 noyabr 2011 10:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanda Gürcüstandan olan uşaqların rəsm sərgisi təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, layihədə məqsəd Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili ənənələrinin bərpa edilməsidir.

Azyaşlı rəssamların Bakıdakı sərgisi noyabrın 15-dən 17-nə baş davam edəcək. Sərgidə gürcüstanlı uşaqların 90-a qədər əsəri nümayiş etdiriləcək. Tədbirdə iştirak etmək üçün Gürcüstandan qonaqların gəlişi gözlənilir.

Qeyd edək ki, Gürcüstan tərəfinin dəvətinə əsasən cari ilin iyun-iyul aylarında Bakı şəhərinin “DA’ Art” Təsviri İncəsənət Mərkəzinin müəllim və şagirdləri Tiflis şəhərində səfərdə olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR