Bank Of Baku

Xalq artisti Yaşar Nurinin səhhətində dəyişiklik yoxdur

Xalq artisti Yaşar Nurinin səhhətində dəyişiklik yoxdur
# 12 noyabr 2011 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Səhhəti pisləşən Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin vəziyyətində dəyişiklik yoxdur. Aktyorun ailəsindən APA-ya verilən məlumata görə, Yaşar Nuri hələ də huşsuz vəziyyətdədir. Aktyor Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində həkim nəzarəti altındadır. Bir neçə gündür huşsuz vəziyyətdə olan Yaşar Nurinin səhhətində müsbətə doğru irəliləyiş nəzərə çarpmayıb.

Qeyd edək ki, xalq artistinin yanına ailə üzvləri də daxil olmaqla heç kim buraxılmır. Y. Nurinin səhhəti bu il sentyabrın 15-də də qəflətən pisləşib, aktyor bir müddət Dövlət Gömrük Komitəsinin Hospitalında müalicə alıb. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəlində isə Türkiyənin İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR