Bank Of Baku

Azərbaycan teatrında 40 illik fasilədən sonra “Romeo və Cülyetta” tamaşası hazırlanıb – FOTO

Azərbaycan teatrında 40 illik fasilədən sonra “Romeo və Cülyetta” tamaşası hazırlanıb – <font color=red>FOTO </font>
# 14 noyabr 2011 12:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 40 illik fasilədən sonra Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərinə yenidən müraciət edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrda eyniadlı tamaşaya ictimai baxış keçirilib. İki hissəli məhəbbət faciəsinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir.
Plastik həll və rəqslərin quruluşu rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsusdur. Tamaşada əsas rolları Günel Məmmədova (Cülyetta), Elnur Kərimov (Romeo), digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Seyidşah Məmmədov, Şövqi Hüseynov, Kəmalə Hüseynova, Leyli Vəliyeva, aktyorlar Nəsibə Eldarova, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Nicat Kazımov, Vüsal Mehrəliyev, Qurban İsmayılov, Məhərrəm Musayev, Elxan Qurban, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edirlər. Əsərdə iki düşmən nəslin konflikti iki dövrün qarşıdurması (müasir və keçmiş) kontekstində yozulub.

Yeni tamaşanın premyerası noyabrın 24-ü və 25-ə nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR