Bank Of Baku

Bakı Uşaq Teatrı Sinop şəhərində Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Bakı Uşaq Teatrı Sinop şəhərində Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 15 noyabr 2011 07:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 17-dən 21-ə qədər Türkiyənin Sinop şəhərində II Gerze Beynəlxalq Teatr Festivalı keçiriləcək. Gerze Bələdiyyəsinin təşkil etdiyi festivalda Azərbaycanı Bakı Uşaq Teatrı təmsil edəcək. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın APA-ya verdiyi məlumata görə, dəvət Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğu dövrə təsadüf etdiyindən teatr festivalda “Vətən” tamaşası ilə çıxış edəcək. 30 dəqiqəlik sözsüz tamaşa Azərbaycan himninin və bayrağının yaranmasına həsr olunub. Tamaşanın quruluşu İntiqam Soltana və Ayşad Məmmədova məxsusdur. Rollarda Rauf Hüseynov, Niyaz Qasımov və Ruslan Mürsəlov iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR