Bank Of Baku

Azərbaycanın “Butterflies” uşaq qrupunun klipi Türkiyə kanalında nümayiş olunacaq – FOTO

Azərbaycanın “Butterflies” uşaq qrupunun klipi Türkiyə kanalında nümayiş olunacaq – <font color=red>FOTO </font>
# 15 noyabr 2011 08:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı uşaqlardan ibarət “Butterflies” qrupunun yeni “Pirates Story” mahnısına çəkilən klip ilk dəfə Türkiyənin “TMB” musiqi kanalında göstəriləcək. Bu barədə APA-ya qrupun yaradıcısı, bəstəkar Ülviyyə Vəliyeva məlumat verib: “Klip üçün “Butterflies” hazırlıqlar keçdi. Qızların plastikaları üzərində iş görüldü. “Pirates Story” mahnısına çəkiləcək klip üçün rəqs quruldu. Bu rəqsi uşaqlar üçün “Lets dance” rəqs məktəbinin rəhbəri Emin Qurbanov hazırlayıb”.
Bəstəkar onu da deyib ki, Azərbaycanda ilk dəfə bu səviyyədə uşaq klipi çəkilir: “Klipdə qrafikaya qədər hər şey olacaq. Əminliklə deyirəm ki, klipin təqdimatı böyük partlayışa səbəb olacaq. İlk təqdimatı yəqin ki, Türkiyənin “TMB” kanalında olacaq. Artıq, Türkiyədən dəvət almışıq”. Klipin rejissoru Emil Babayevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR