Bank Of Baku

Bakı Uşaq Teatrı Vanda baş vermiş zəlzələdən zərər çəkən uşaqlara yardım məqsədilə xeyriyyə tamaşası göstərəcək

Bakı Uşaq Teatrı Vanda baş vermiş zəlzələdən zərər çəkən uşaqlara yardım məqsədilə xeyriyyə tamaşası göstərəcək
# 15 noyabr 2011 13:24 (UTC +04:00)
Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın APA-ya verdiyi məlumata görə, xeyriyyə məqsədilə xüsusi tamaşanın nümayişi təşkil olunacaq. Tamaşaya bilet satılmayacaq, tamaşanı izləməyə gələn hər kəs zalda qoyulmuş qutuya istədiyi qədər pul sala bilər. Yığılan vəsait Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunacaq: “Artıq bununla bağlı səfirliklə əlaqə saxlamışıq. O pul Van zəlzələsindən zərər çəkmiş uşaqlara göndəriləcək”.

Qeyd edək ki, ilk tamaşa - “Ağıllı tülkü” noyabrın 16-da, “Şou magiya” isə noyabrın 18-də göstəriləcək. Tamaşalar Bakı Uşaq Teatrının məskunlaşdığı H. Sarabski adına Mədəniyyət Evində nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR