Bank Of Baku

Dövlət Film Fondunda tanınmış aktyor Gündüz Abbasovun şəxsi arxiv fondu yaradılıb

Dövlət Film Fondunda tanınmış aktyor Gündüz Abbasovun şəxsi arxiv fondu yaradılıb
# 16 noyabr 2011 10:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor Gündüz Abbasovun şəxsi arxiv fondu yaradılıb. Film Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, aktyorun fonduna 40-a yaxın foto material daxil olub. Bu sənədlərin bəziləri şəxsi arxivlərdən götürülüb. Bəziləri isə fotoqraf Pərviz Quliyevin vaxtilə çəkdiyi fotolardır.

Qeyd edək ki, Gündüz Abbasov ötən əsrin 50-60-cı illərinin ən məşhur aktyorlarından biri olub. “Əsl dost”. “Bir qalanın sirri”, “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız”, “Torpaq, dəniz, od, səma”, “Dədə Qorqud”, “Nizami” və digər filmlərdə çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR