Bank Of Baku

Azərbaycanda Eksperimental Teatr Festivalı keçiriləcək

Azərbaycanda Eksperimental Teatr Festivalı keçiriləcək
# 16 noyabr 2011 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 21-dən 26-na kimi Bakıda “2+1” adı altında Respublika Eksperimental Teatr Festivalı keçiriləcək. Teatr Xadimləri İttifaqından APA-ya verilən məlumata görə, festivalda 9 teatrın iştirakı nəzərdə tutulur. Festival çərçivəsində Teatr Xadimləri İttifaqının akt zalında 16 tamaşa nümayiş olunacaq. Məlumatda bildirilib ki, layihədə Şuşa Dövlət Musiqili Dram Teatrı, Yuğ Dövlət Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı, Gəncə dövlət Dram Teatrı, Qax Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, H. Abbasov adına Mədəniyyət Evinin yaradıcı heyətinin ifasında tamaşalar göstəriləcək.

Tamaşanın açılış mərasimi noyabrın 21-də Teatr Xadimləri İttifaqında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR