Bank Of Baku

Muzey Mərkəzində “İncəsənət tariximizin pillələri” adlı sərgi keçiriləcək

Muzey Mərkəzində “İncəsənət tariximizin pillələri” adlı sərgi keçiriləcək
# 16 noyabr 2011 14:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 22-dən 28-dək Muzey Mərkəzində “İncəsənət tariximizin pillələri” adlı sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin təşkilində məqsəd 1940-1980-ci illərdə yaradılan, xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirən və sənət tariximizdə özünəməxsus yer tutan nadir sənət incilərinin mərhələli surətdə nümayişi və gənc nəslə təbliğindən ibarətdir. Sərginin ekspozisiyasında nümayiş etdiriləcək əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilib.

2010-cu ildə də nazirlik tərəfindən eyni adlı sərgi keçirilib və həmin sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan seçilmiş, XX əsrin əvvəllərindən 1940-cı ilədək olan əsərlər nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR