Bank Of Baku

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Qazaxıstanda keçirilən beynəlxalq festivalda baş mükafata layiq görülüblər – FOTO

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Qazaxıstanda keçirilən beynəlxalq festivalda baş mükafata layiq görülüblər – <font color=red>FOTO </font>
# 17 noyabr 2011 12:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Qazaxıstanda keçirilən beynəlxalq festivalda qran-pri mükafatını qazanıblar. Bu barədə APA-ya kursun rəhbəri, tanınmış aktyor Vidadi Həsənov məlumat verib. V. Həsənov deyib ki, 9-13 noyabr tarixlərində keçirilən Tələbə Tamaşaları Festivalı Qazaxıstanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Festival Qazaxıstanın İncəsənət Akademiyasında baş tutub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs estrada rejissorları bu festivalda “Adi əhvalatlar” adlı tamaşa ilə çıxış ediblər. Qrup 10 nəfər tələbə və üç müəllimdən ibarət olub: “Azərbaycanlı tələbələr 7 kollektiv arasında festivalın baş mükafat olan qran-priyə layiq görüldülər. Bu bizim Mədəniyyət və İncəsənət Universitetinin tarixində ilk belə böyük müvəffəqiyyətdir. Tələbələrimizdən üçünə isə uğurlu aktyor ifasına görə xüsusi sertifikat təqdim edildi. Mən bu səfərdə kursun rəhbəri olaraq iştirak edirdim. Eyni zamanda fakültənin dekanı Ötkəm İsgəndərov və professor Rafiq Sadıqov da səfərə qatılmışdı”.

V. Həsənov belə festivalların keçirilməsinin ilk növbədə təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Çox zaman biz öz içimizdə tələbələrimizin nə qədər bacarıqlı, istedadlı olduğunu görə bilmirik. Dağ yaxında olanda dağın bir hissəsini görmək olur, dağdan uzaqlaşanda isə artıq tam olaraq görürsən. Onların gördükləri işi təhlil etdilər. Universitetlərin iş üslubunu, metodikasını müzakirə etdik, ümumi prinsiplər və fərqlilikləri gördük. Bizim gənclər doğrudan da çox çalışqan, bacarıqlı və istedadlıdırlar. Rəqabət olanda görürsən ki, biz yüksəkdəyik və bu çox sevindirici bir haldır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR