Bank Of Baku

Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhətində irəliləyiş var

Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhətində irəliləyiş var
# 17 noyabr 2011 16:09 (UTC +04:00)
Aktyor bir neçə günlük müalicədən sonra bu gün yataqdan qalxaraq oturub. Bu barədə APA-ya aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. Bu gün Y. Nuri ilə görüşdüyünü deyən R. Nuriyeva onun hələlik danışmadığını qeyd edib: “Xeyli müddətdən sonra bu gün məni Yaşarın yanına buraxdılar. Həkimlər onu oturdurublar, gözlərini açıb mənə baxırdı. Amma danışmağına hələlik icazə verilmir, çünki bu, səhhətinə pis təsir edə bilər. Rahatdır, onu yaxşı gördüm. İnşallah səsini də eşidərəm”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nuri bir müddətdir, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunur. Aktyorun ağ ciyərində problemlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR