Bank Of Baku

“2+1” Eksperimental Teatr Festivalı Şuşa Dövlət Musiqili Komediya Teatrının “İki nəfər üçün oyun” tamaşası ilə start götürüb

“2+1” Eksperimental Teatr Festivalı Şuşa Dövlət Musiqili Komediya Teatrının “İki nəfər üçün oyun” tamaşası ilə start götürüb
# 21 noyabr 2011 15:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Teatr Xadimləri İttifaqında “2+1” Eksperimental Teatr Festivalının açılışı keçirilib. APA-nın məlumatına görə, açılışda Şuşa Dövlət Musiqili Komediya Teatrının “İki nəfər üçün oyun” tamaşası nümayiş etdirilib. Elçin Hüseynbəylinin əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Loğman Kərimovdur. Tamaşaya rəssam kimi quruluş verən şəxs teatrın baş rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Tamaşada Qara Qarayevin, Fikrət Əmirovun, Ramiz Mirişlinin və xarici ölkə bəstəkarlarının musiqilərindən, Rəşid Behbudovun repertuarından istifadə olunub.
Tamaşa iki aktyorun Püstə Zeynalova (Lalə) və Nazir Rüstəmovun (Mikayıl) ifası üzərində qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR