Bank Of Baku

Heydər Əliyev Sarayında Moskva İri Kuklalar Teatrının ifasında “Yeni il Madaqaskarda” iki günlük tamaşa oynanılacaq

Heydər Əliyev Sarayında Moskva İri Kuklalar Teatrının ifasında “Yeni il Madaqaskarda”  iki günlük tamaşa oynanılacaq
# 22 noyabr 2011 12:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında gələn ilin 3-4 yanvar tarixlərində uşaqlar üçün növbəti dəfə, Moskva İri Kuklalar Teatrının (“Moskovskiy Teatr Rostovıx Kukol”) iştirakı ilə, fərqli ssenarili, əyləncəli və interaktiv musiqili tamaşa nümayiş olunacaq. Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr xüsusi hazırladığı yeni proqramla, “Yeni il Madaqaskarda” adlı musiqili tamaşa ilə azyaşlı tamaşaçılar qarşısında çıxış edəcək. Yalnız iki gün davam edəcək “Kukla-Show”-da uşaqlar, “Madaqaskar” cizgi filmində gördükləri animasiyalardan əlavə, Şaxta baba və Qar qızın çıxışlarını da izləyə biləcəklər.
Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Yeni il Madaqaskarda” musiqili tamaşasının biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti 5 manatdan - 25 manata qədərdir.
Qeyd edək ki, Moskva İri Kuklalar Teatrı (“Moskovskiy Teatr Rostovıx Kukol”) Heydər Əliyev Sarayında, ilk dəfə 2011-ci ilin may ayında bir günlük "Madaqaskar – şən ada" və "Buz dövrü-yeni sərgüzəştlər” proqramları ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR