Bank Of Baku

Uşaq rəqs kollektivləri respublika müsabiqəsinin yekun konserti keçirilib

Uşaq rəqs kollektivləri respublika müsabiqəsinin yekun konserti keçirilib
# 22 noyabr 2011 14:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin yekun konserti və qaliblərin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, konsertdən öncə müsabiqənin qalibləri elan olunub. Münsiflər heyətinin qərarı ilə “Qran Pri” mükafatına Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin rəqs kollektivi layiq görülüb. Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” rəqs qrupu I mükafatı, Bakı şəhər 3 nömrəli və Gəncə şəhər uşaq incəsənət məktəblərinin rəqs kollektivləri II mükafatı, Mingəçevir şəhər F. Qasımov adına, Füzuli rayon Seyid Şuşinski adına 1 nömrəli uşaq incəsənət məktəblərinin və Abşeron rayon Novxanı kənd klubunun “Xəzər ulduzları” rəqs kollektivi III mükafatı qazanıb.
Qeyd edək ki, Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.
Noyabrın 5-15-də zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda keçirilmiş müsabiqədə respublikanın şəhər və rayonlarından 47 rəqs kollektivi, 600-ə qədər uşaq iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR