Bank Of Baku

Bakıda “İncəsənət tariximizin pillələri” adlı sərgi açılıb - FOTO

Bakıda “İncəsənət tariximizin pillələri” adlı sərgi açılıb - <font color=red>FOTO</font>
# 22 noyabr 2011 16:57 (UTC +04:00)
APA-nın məlumatına görə, sərginin təşkilində məqsəd Azərbaycan xalqının 1940-1980-ci illərdə yaşadığı tarixi dövrün xüsusiyyətlərini nümayiş etdirən, sənət tarixində özünəməxsus yer tutan nadir sənət incilərinin mərhələli surətdə nümayişi və gənc nəslə çatdırılmasıdır.

Sərgidə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov bildirib ki, eyni adlı sərgi nazirlik tərəfindən 2010-cu ildə də keçirilib: “Həmin sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan seçilən, 20-ci əsrin əvvəllərindən 1940-cı ilədək yaradılan əsərlər nümayiş olunub”.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov qeyd edib ki, budəfəki ekspozisiyada nümayiş etdirilən əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilib.

Sərgilənən əsərlər sırasında Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Nadir Əbrürrəhmanov, Xalidə Səfərova və digər tanınmış rəssamların rəsm əsərləri var.

Sərgi noyabrın 28-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR