Bank Of Baku

Həyat yoldaşı Azərbaycanın xalq artisti Yaşar Nurinin ölməsi barədə xəbərləri təkzib edib

Həyat yoldaşı Azərbaycanın xalq artisti Yaşar Nurinin ölməsi barədə xəbərləri təkzib edib
# 25 noyabr 2011 08:06 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. R. Nuriyeva deyib ki, ötən axşam bəzi KİV-də aktyorun ölüm xəbərinin yayılmasından xəbərdardır: “Bilirəm ki, belə bir xəbər yayılıb. Amma inanmıram bu xəbəri hansısa məqsədlə yaysınlar. Bu elə məsələdir ki, heç kəsin ürəyindən belə şey keçməz. Sadəcə, hamı maraqlanır, bilirlər ki, vəziyyəti yaxşı deyil, hər kəs bildiyini yazır. Mən o insanlara heç nə demək istəmirəm. Bizi yalnız Yaşarın vəziyyəti düşündürür, kiminsə hərəkəti, yazdığı önəmli deyil. Artıq ikinci dəfədir ki, belə xəbər yayılır. Amma Yaşar hələ də həyat uğrunda mübarizə aparır”.

R. Nuriyeva deyib ki, bir neçə gündür, xəstəxanaya getmir, amma vaxtaşırı zəng edir, həyat yoldaşının səhhəti ilə maraqlanır: “Yanına buraxmırlar, zəng edirəm maraqlanıram. Heç bir irəliləyiş yoxdur. Vəziyyəti çox ağırdır”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nuri Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR