Bank Of Baku

Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Mirzə Fətəli Axundzadənin büstü açılacaq

Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Mirzə Fətəli Axundzadənin büstü açılacaq
# 12 mart 2012 15:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bu gün mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev respublikamızda işgüzar səfərdə olan M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Azərbaycana Heydər Əliyev Fondunun dəstəyi ilə səfər edib.

Vaqif Əliyev qeyd edib ki, informasiya cəmiyyəti şəraitində yeni inkişaf mərhələsinə qədəm qoymuş kitabxanaların rolu getdikcə artmaqdadır. İnformasiya cəmiyyətində kitabxanalar istənilən yaşda insanlar üçün bilik və fasiləsiz təhsil mənbəyidir. Vətəndaşların istər ictimai həyatda, istərsə də dövlətin idarə olunmasında fəal iştirakına kömək edirlər. Müasir dövrdə kütləvi kitabxanaların rolu müstəsna dərəcədə artır.

Rusiya Federasiyası nümayəndə heyətinin sədri, M. Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Yekaterina Geniyeva bilinqvistik layihələrin hazırlanması, tərcümə işinin müasir tələblərə çatdırılmasını irəli sürüb. O, kitabxanada yaradılan “Azərbaycan guşəsi”nin fəaliyyətini xüsusi ilə qeyd edib və məlumat verib ki, bu il görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar kitabxananın xiyabanında onun büstü açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR