Bank Of Baku

“Bakı, mən səni sevirəm” kinolayihəsinin çəkilişlərinə başlanılıb

“Bakı, mən səni sevirəm” kinolayihəsinin çəkilişlərinə başlanılıb
# 13 mart 2012 07:03 (UTC +04:00)
Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın APA-ya verdiyi məlumata görə, filmə daxil olan ilk novellani layihənin prodüserlərindən biri, Rusiyanın məşhur kinorejissoru Yeqor Kançalovski çəkir.

Qeyd edək ki, “Bakı, mən səni sevirəm” kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihənin prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir. “Bakı, mən səni sevirəm” layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir.

Layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalo (İtaliya), ssenaristləri isə Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskidir (Rusiya).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR