Gürcüstanda aşıqların III Qurultayı keçiriləcək
16 mart 2012 20:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Martın 19-da Gürcüstan paytaxtında Borçalı aşıqlarının III Qurultayı keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Kvemo-Kartli bölgə idarəsinin dəstəyi və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq bu tədbirə Azərbaycandan, Gürcüstandan, Türkiyədən görkəmli alimlər, qonaqlar və Gürcüstanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, gürcü və Azərbaycan incəsənət xadimləri, ziyalılar, dövlət və hökumət, ictimaiyyət və kütləvi informasiya nümayəndələri dəvət olunacaq.
Tədbirdə Gürcüstanda 10 il ərzində aşıq yaradıcılığının inkişafında görülən işlər barədə hesabat xarakterli çıxışlar olacaq, aşıq yaradıcılığı haqqında fikirlər səsləndiriləcək və Gürcüstan Aşıqlar Birliyinin yeni tərkibdə idarə heyəti seçiləcək, aşıq yaradıcılığının perspektiv planları təsdiqlənəcək.
Məlumata görə, Gürcüstan aşıqlarının I Qurultayı 1927-ci ildə Bolnisi (keçmiş Lüksemburq) şəhərində, II Qurultay isə 2002-ci ildə Gürcüstan paytaxtında keçirilib.

İncəsənət
Mədəniyyət Nazirliyi Tofiq Mövləvinin vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
17:05
24 may 2024
Aşıq Şəmşirə həsr olunmuş "Musiqi Kimliyimiz" layihəsi başa çatıb - FOTO
21:02
23 may 2024
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib - FOTO
23:08
22 may 2024
Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsi çərçivəsində sərgi keçirilib - FOTO
12:43
22 may 2024