Bank Of Baku

“Varlı qadın” Özbəkistan teatrında səhnəyə qoyulur

“Varlı qadın” Özbəkistan teatrında səhnəyə qoyulur
# 27 mart 2012 10:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Özbəkistanın Fərqanə vilayətinin Musiqili Dram və Komediya Teatrında Əli Əmirlinin “Varlı qadın” komediyası üzərində tamamlama işləri gedir. Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, teatrın baş rejissoru, Özbəkistanın xalq artisti, dövlət mükafatları laureatı Məhəmmədsoli Yusupov həm də baş rollardan birinin ifaçısıdır. Bu yaxınlarda tamaşanın premyerası keçiriləcək.

Qeyd edək ki, Əli Əmirlinin bu məşhur komediyası Azərbaycanın bütün əsas teatrlarında, habelə bir sıra xarici ölkə teatrlarında, o cümlədən Tacikistanın iki teatrında tacik və rus, Qırğızıstanda Bişkek şəhər teatrında qırğız və rus, eləcə də Qazaxıstanın iki teatrında qazax və rus dillərində tamaşaya qoyulub. 2011-ci ilin mart ayında isə “Varlı qadın” Mahaçqalada Kumık Dövlət Musiqili Dram Teatrında kumık dilində səhnələşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR