Bank Of Baku

İlyas Əfəndiyevə həsr olunmuş “Ləyaqət hücrəsi” sənədli filminin təqdimatı keçirilib

İlyas Əfəndiyevə həsr olunmuş “Ləyaqət hücrəsi” sənədli filminin təqdimatı keçirilib
# 30 mart 2012 16:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Dövlət Televiziyası (AzTV) QSC-də “Azərbaycantelefilm”in istehsalı olan İlyas Əfəndiyevə həsr olunmuş “Ləyaqət hücrəsi” sənədli filminin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən filmin ssenari müəllifi İlham Rəhimli bildirib ki, Azərbaycanın mədəni-mənəvi irsinin hamısı kinolentində əbədiləşdiriləcək və ölkənin tanınmış insanları ilə bağlı portret filmlər istehsal ediləcək. İlyas Əfəndiyev haqqında film bu nəhəng layihənin ilk filmidir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, İlyas Əfəndiyevin əsərləri bu gün də çağdaş səslənir. Çünki onun əsərlərində xalqın taleyi, məhəbbət, müxtəlif insan xarakterləri əks olunub: “Azərbaycanda hər il teatr mövsümü “Hökmdarın taleyi” tamaşası ilə açılır. Qarabağ azad olmayana qədər belə bir qərar var”.

Baş nazirin müavini Elçin Əfəndiyev isə deyib ki, İlyas Əfəndiyev səmimi insan olub: “Onun bütün yaradıcılığı səmimiyyətlə, sevgi ilə dolu idi. Məhz buna görə də yaradıcılığı sovet dövrünə düşsə də, sona qədər ideologiyaya yox, sənətə, ədəbiyyata, mədəniyyətə xidmət edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR