Bank Of Baku

Bakıda Türkiyənin tanınmış karikaturaçı rəssamının əsərlərindən ibarət sərgi keçiriləcək

Bakıda Türkiyənin tanınmış karikaturaçı rəssamının əsərlərindən ibarət sərgi keçiriləcək
# 04 aprel 2012 07:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıdakı “Qız Qalası” Qalereyasında Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin əsərlərindən ibarət sərgi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin keçirilməsində məqsəd Azərbaycanla Türkiyə arasında incəsənət sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi, tanınmış türk rəssamının yaradıcılığının Azərbaycanda tanıdılmasından ibarətdir. Sərgi aprelin 10-dan 20-nə kimi davam edəcək.

Kadri Doğruerin ilk karikatura işi 1977-ci ildə “Çarşaf” yumoristik jurnalında nəşr olunub. Daha sonra karikaturaları “Çarşaf”, “Çivi”, “Gırgır”, “Karikatura” və “Diyojen” jurnallarında, “Hürriyet” və “Tercuman” qəzetlərində nəşr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR