Bank Of Baku

Nəzakət Teymurovanın İtaliyada hazırlanan albomunun təqdimatı keçirilib - FOTO

Nəzakət Teymurovanın İtaliyada hazırlanan albomunun təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 04 aprel 2012 12:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Xalq artisti Nəzakət Teymurovanın İtaliyada hazırlanan albomunun təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində bildirilib ki, Azərbaycan musiqinin dünya miqyasında tanınmasında bu diskin əhəmiyyəti böyük olacaq. İtaliyanın “Filimay”ın şirkəti tərəfindən dəstəklənən layihədə xanəndəni Əliağa Səbiyev, Şirzad Fətəliyev, Elnur Mikayılov və Kamran Kərimovdan ibarət “Xarı bülbül” muğam qrupu müşayiət edib.

N. Teymurova bildirib ki, yaxın günlərdə İtaliyada CD-nin rəsmi təqdimatı keçiriləcək. Aprelin 15 və 22-də isə müğənninin İtaliyada solo konserti olacaq.

UNESKO-nun eksperti, layihənin rəhbəri Sənubər Bağırova çıxışında yeni albomun əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR