İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı mərasim olub - FOTOSESSİYA
M. Əliyeva burada Roma şəhərinin meri Gianni Alemanno ilə görüşüb. Roma meri M. Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu deyib, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub. Mer Bakı ilə Roma arasında yeni açılmış təyyarə reysinin ona Azərbaycan paytaxtını görmək üçün fürsət yaradacağını vurğulayıb.
M. Əliyeva Romada dahi Nizami Gəncəvinin abidəsinin ucaldılmasına verdiyi dəstəyə görə Gianni Alemannoya təşəkkürünü bildirib. İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluq ifadə edən birinci xanım bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
G. Alemanno Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.
İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı təşkil olunan mərasimin aparıcısı ölkəmiz, onun tarixi, mədəniyyəti barədə ətraflı məlumat verib.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov mədəniyyət günlərinin yüksək səviyyədə keçdiyini bildirib. Diplomat qədim tarixə malik Azərbaycan-İtaliya əlaqələrinin bu gün də uğurla inkişaf etdiyini, İtaliyanın ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında humanitar əlaqələrin əhəmiyyətinə toxunan səfir mədəniyyət günlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Mərasimdə çıxış edən Roma meri Gianni Alemanno da qədim tarixə söykənən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı ilə bağlı son dövrlərdə atılan addımların əhəmiyyətindən danışıb. Mer dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Romada ucaldılan abidəsinin ölkələrimiz arasında mədəni əməkdaşlığa mühüm töhfə olduğunu vurğulayıb.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.
Konsertin ilk nömrəsi xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət rəqs ansamblının ifasında “Cəngi” rəqsi olub.
Sonra əməkdar artist Elnarə Kərimovanın rəhbərliyi ilə “Buta” kamera xorunun ifası, həmçinin “Sarı gəlin” xalq mahnısı, “Qarabağ yallısı”, “Novruz” ritmləri və Azərbaycanın bir-birindən maraqlı digər musiqiləri səslənib.
Qeyd edək ki, İtaliyada Azərbaycan Mədəniyyəti Günləri aprelin 16-da Turin şəhərinin italiyalıların qürur mənbəyi sayılan möhtəşəm Kariniano Teatrında start götürüb. Daha sonra Milan və Venesiya şəhərlərində keçirilən mədəniyyət tədbirlərinə son olaraq paytaxt Romada yekun vurulub.
İncəsənət
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Xəbər Lenti
Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Bakıda Şimali Kiprin müstəqilliyinin 43-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib
Almaniyanın XİN rəhbəri Paşinyan və Mirzoyanla görüşü barədə paylaşım edib
Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri ilə görüşüb
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” tədbirinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB
İranın Bəndər Abbas şəhərində eşidilən partlayış səslərinin səbəbi açıqlanıb
Kvrivişvili: Azərbaycanla yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində qərar verilib
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə zərbə endirib
Gürcüstan Müdafiə Qüvvələri komandanı Azərbaycan xüsusi təyinatlılarının məşğələsini izləyib - VİDEO
Aİ komissarı: Rusiya gələn il Ukraynaya 20 milyon dron buraxmağı planlaşdırır
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
KİV: Putin Çinə nüvə çantası ilə gedib - VİDEO
Seneqal sahillərində miqrant qayığı batıb, 50-dən çox insan itkin düşüb
Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib
CENTCOM komandanı İsrail ordusunun ali rəhbərliyi ilə İranı müzakirə edib
DİN 104 kq narkotik, 8 min həbi dövriyyədən çıxarıb, 8 nəfər tutulub- VİDEO
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib
Paşinyan TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb
Paşinyan Azərbaycanla sərhədyanı çayların birgə istifadəsi üzrə əməkdaşlıqdan danışıb
Neft və qaz ixrac edən ölkələr Antalyada enerji və iqlim məsələlərini müzakirə edib
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olub - YENİLƏNİB
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı növbəti imtahan ləğv edilib, ödəniş geri qaytarılacaq
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Yeni hüquqi tənzimləmələrin tətbiqi ilə bağlı dövlət qulluğuna daxili müsahibə elanı ləğv edilib
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı və əməkhaqları müəyyənləşib
Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər - FOTO
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb
Kreml Putin və Trampın ikitərəfli görüşünün vaxtının hələ razılaşdırılmadığını bildirib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN