Bank Of Baku

Musiqişünas Nailə Mehdiyevanın 80 illik yubileyi qeyd olunub

Musiqişünas Nailə Mehdiyevanın 80 illik yubileyi qeyd olunub
# 23 aprel 2012 15:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) konfrans zalında respublikanın tanınmış musiqişünası, sənətşünaslıq namizədi, dosent Nailə Mehdiyevanın 80 illiyinə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə N. Mehdiyevanın Azərbaycan musiqisinin tədqiqi və təbliği istiqamətində gördüyü işlərdən danışıb. F. Əlizadə bildirib ki, Nailə Mehdiyeva Azərbaycan musiqişünaslığında Qara Qarayev irsinin tədqiqatçılarından biri kimi tanınır.

Sədr çıxışında qeyd edib ki, 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə bitirən N. Mehdiyeva elə həmin ildən bu ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə başlayıb. O, 1968-ci ildə Sankt-Peterburq Konservatoriyasında professor A.N.Dmitriyevin rəhbərliyi ilə “Qara Qarayevin kino musiqisi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi kimi çalışıb. O, sonralar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinin dekanı, kafedra müdiri vəzifələrinədək yüksəlib. Gənc müğənnilər Vüsal Hacıyev, Fidan Süleymanova və Nurlan Növrəsli dahi bəstəkar Tofiq Quliyevin “İlk bahar”, “Axşam” və “Azərbaycan” mahnılarını Tural Usubovun royalda müşayiəti ilə oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR