Bank Of Baku

“Oxuyur Müslüm Maqomayev” filminin ekranlara çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçirilib

“Oxuyur Müslüm Maqomayev” filminin ekranlara çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçirilib
# 25 aprel 2012 08:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. «Nizami» Kino Mərkəzində “Oxuyur Müslüm Maqomayev” filminin ekranlara çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli sənətkarın həyat və yaradıcılığından söhbət açıblar. Bu il dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin 70 illik yubileyinin qeyd olunacağını deyən natiqlər musiqiçinin sərhəd bilməyən fenomenal populyarlığ malik olduğunu vurğulayıblar.

Qeyd edək ki, Görkəmli müğənni haqqında çəkilən filmlər arasında “Oxuyur Müslüm Maqomayev” filminin xüsusi yeri var. Film 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Tofiq İsmayılov tərəfindən çəkilib. Həmin ekran əsəri bu yaxınlarda Dövlət Film Fondunda bərpa edilib.

Tədbirin iştirakçılarına minnətdarlığını bildirən Tofiq İsmayılov deyib ki, bu film ekranlara çıxdığı gündən böyük şöhrət qazanıb. Daha sonra film nümayiş olunub, mərkəzin foyesində filmin 40 il bundan əvvəlki afişası və çəkilişlərindən bəhs edən fotosərgi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR