Bank Of Baku

Azərbaycanın 11 yaşlı müğənnisi Beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb - FOTO

Azərbaycanın 11 yaşlı müğənnisi Beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb - <font color=red>FOTO</font>
# 26 aprel 2012 09:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Çoxsaylı müsabiqələrin qalibi olan 11 yaşlı Yasin Həsənov Azərbaycanı Ukraynada keçirilən populyar mahnı yarışmasında təmsil edəcək. APA-nın məlumatına görə, Y. Qarayevin təmsil olunacağı “Uşaq Yeni Dalğa 2012” gənc ifaçıların populyar mahnı müsabiqəsi, avqustun 15-də Krımda keçiriləcək. Yasin Həsənov 100-ə qədər iştirakçının qatıldığı müsabiqənin ilkin seçim turundan uğurla keçərək ancaq 25 nəfərin qaldığı yarım finala vəsiqə qazanıb. Aprel ayında Moskva şəhərində keçirilən yarımfinalda isə iştirakçılardan cəmi 15 nəfər istedadlı gənc seçilərək finala qatılmaq imkanı əldə edib. Yasinin müsabiqədə iştirakına Mədəniyyət və Turizm Nazirliyi dəstək verib. Qeyd edək ki, ilkin seçim və yarımfinal mərhələlərində müsabiqəyə Azərbaycandan digər ifaçılar da qatılsalar da, onlar finala keçə bilməyiblər.

Yarımfinalın jürisində bəstəkar İqor Krutoy, A.Rezvin, A.Rumyansev kimi tanınmış musiqi xadimləri olub. Yasin Həsənov müsabiqədə Müslüm Maqomayevin “Azərbaycan” və Mario Lansın “Qranada” mahnılarını ifa edərək jürinin və tamaşaçıların rəğbətini qazanıb. Münsiflər ona “Bülbül” ləqəbini verib. Yarışmanın final turu avqustun 15-də Krımda, məşhur “Artek” düşərgəsində keçiriləcək. Qalib yerli və xarici müğənnilərdən, prodüser və xarici musiqi şirkətlərinin nümayəndələrindən ibarət olan Beynəlxalq jüri tərəfindən seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR