Bank Of Baku

«Nizami» Kino Mərkəzində «Gənclərin qısa filmləri» kino axşamı təşkil olunacaq

«Nizami» Kino Mərkəzində «Gənclərin qısa filmləri» kino axşamı təşkil olunacaq
# 26 aprel 2012 15:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Nizami» Kino Mərkəzində «Gənclərin qısa filmləri» kino axşamı təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 2-də keçiriləcək kino axşamında “Bu meydan, bu ekran” ənənəvi gənclər müsabiqəsi qaliblərinin çəkdiyi filmlər tamaşaçı auditoriyasına təqdim olunacaq. Həmin gün Fariz Əhmədovun “Mayak” (“Orman“ prodüser mərkəzi), Sənan Vəliyevin “İşığa doğru” (“Art Qlobal production” şirkəti) və Emin Əfəndiyevin “Yuva” (“Buta-film” prodüser mərkəzi) filmlərinin nümayişi nəzərdə tutulur. Baxışdan sonra filmlərin yaradıcıları media nümayəndələrini və kinosevərləri «Nizami» Kino Mərkəzinin Mətbuat klubunda təşkil olunacaq müzakirəyə dəvət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR