Bank Of Baku

Azərbaycanlı uşaqlar beynəlxalq festival-müsabiqədə uğur qazanıblar

Azərbaycanlı uşaqlar beynəlxalq festival-müsabiqədə uğur qazanıblar
# 27 aprel 2012 12:44 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer bizim ümumi evimizdir” adlı XIV Beynəlxalq Uşaq Musiqi Yaradıcılığı Festivalı keçirilib. Festivalda Azərbaycanı Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” uşaq rəqs kollektivi təmsil edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 10 ölkənin (Rusiya, Azərbaycan, ABŞ, Avstriya, Polşa, Belarus, Litva, Monqolustan, Qazaxıstan, Qırğızıstan) təmsil olunduğu və 1000 nəfərə yaxın iştirakçısı olan festival çərçivəsində “xoreoqrafiya”, “xor oxuma” ,“instrumental musiqi” və “folklor sənəti” nominasiyaları üzrə müsabiqə keçirilib.

Xoreoqrafiya nominasiyası üzrə müsabiqədə “Aysel” uşaq rəqs kollektivi Azərbaycanın milli rəqs nömrələri ilə çıxış edərək II dərəcəli diploma və xüsusi mükafata layiq görülüb. Eyni zamanda kollektivin bədii rəhbəri İradə Əliyevaya Sverdlovsk vilayəti Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim edilib.

Festival günlərində “Aysel” uşaq rəqs kollektivinin üzvləri Sverdlovsk vilayətinin Yekaterinburq və Kamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR