Bank Of Baku

Aprelin 30-da Beynəlxalq Caz Günü qeyd olunacaq

Aprelin 30-da Beynəlxalq Caz Günü qeyd olunacaq
# 28 aprel 2012 10:24 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Aprelin 30-da ilk Beynəlxalq Caz Günü qeyd olunacaq. APA-nin BMT-nin Məlumat Mərkəzinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Caz günü ötən ilin sonunda UNESCO-nun Baş Konfransında mədəniyyətlərarası dialoqu təşviq etmək, irqi gərginlikləri aradan qaldırmaq, gənclərin sosial dəyişikliklərdə rolunu gücləndirmək məqsəd ilə elan olunub.
Bu münasibətlə UNESCO-nun Baş Direktoru İrina Bokova çıxışında qeyd edib ki, ABŞ-da yaranan caz mədəniyyəti, bu gün bütün dünyaya məxsusdur.

Beynəlxalq Caz Günü Dünyanın bir necə ölkəsində qeyd olunacaq və artıq dünən UNESCO-nun qərargahında bu tədbirlərə start verilib. Bununla bağlı keçiriləcək tədbirdə Herbi Henkok, Dianne Reeves, Terence Blanchard, Ellis Marsalis, Lüter Boz və digər tanınmış caz ustalarının iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR