Bank Of Baku

Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa göstərəcək

Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa göstərəcək
# 28 aprel 2012 16:59 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində iki tamaşa oynayacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tamaşalardan biri M.F. Axundovun «Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah cadükuni-məşhur» komediyası əsasında hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan, görkəmli ədib M.F.Axundovun 200 illik yubileyinə həsr olunmuş tamaşanın premyerası cari ilin əvvəllərinə keçirilib. «Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah cadükuni-məşhur» adlı iki hissəli komediyanın quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyevadır. Tamaşada xalq artisti Pərvanə Qurbanova (Şəhrəbanu xanım), əməkdar artist İlham Hüseynov (Müsyö Jordan), aktyorlar Eldəniz Tağıyev (Hatəmxan ağa), Elxan Abbasov (Dərviş Məstəli şah), Günay Verdiyeva (Şərəfnisə), Ləman Yusibova (Gülçöhrə), Elşad Əhmədov (Şahbaz bəy), Rəhilə Məmmədova (Xanpəri) və Rauf Hüseynov (Qulaməli) çıxış edirlər.

Tamaşa aprelin 30-da nümayiş olunacaq.

Bakıda səhnəsində oynanılacaq ikinci tamaşa N.V.Qoqolun «Evlənmə» pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəridir. Qətiyyən inanılması mümkün olmayan bir hadisənin (tamaşanın janrı məhz belə təyin olunub) quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Tamaşada əsas rolları aalq artisti Alim Məmmədov (Qayğanaq), əməkdar artist İlham Hüseynov (Podkolyosin), aktyorlar Zəminə Cəfərova (Aqafya), Elxan Abbasov (Koçkaryov), Şəlalə Rüstəmova (Fyokla), Novruz Cəfərov (Jevakin), Rauf Hüseynov (Anuçkin) və Samir Abbasov (Stepan, Starikov) ifa edirlər. Tamaşa dövlət sifarişi üsulu ilə hazırlanıb. Bakı tamaşaçıları bu səhnə əsərinə mayın 1-də tamaşa edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR