Bank Of Baku

Yaşar Nuri Türkiyədə fizioterapiya kursu keçir

Yaşar Nuri Türkiyədə fizioterapiya kursu keçir
# 01 may 2012 16:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicəsi davam etdirilir. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın APA-ya verdiyi məlumata görə, Yaşar Nurinin səhhətinin yaxşılaşması üçün həyata keçirilən müalicə kursunun 6-sı qalıb: “Lazımi müalicə davam edir və bu proses bitdikdən sonra ümumi nəticəyə baxılacaq, bundan sonra yeni üsulların tətbiqinə qərar veriləcək. Yaşar artıq uzanmaqdan yorulub və gəzmək istəyir. Onun hərəkət edə bilməsi üçün güclü fizioterapiya kursu həyata keçirilir. Mənim köməyimlə ayağa durur və bir az gəzir”.

Qeyd edək ki, R. Nuriyeva aprelin 30-da Bakıya gəlib və mayın 2-də yenidən Türkiyəyə qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR