Bank Of Baku

Musiqili Komediya Teatrının kollektivi Gədəbəy və Şəmkirə qastrola gedir

Musiqili Komediya Teatrının kollektivi Gədəbəy və Şəmkirə qastrola gedir
# 02 may 2012 09:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dənizçilərin Mədəniyyət Evində işini davam etdirən Musiqili Komediya Teatrının kollektivi yeni qastrollara hazırlaşır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın kollektivi mayın 16-17-də Gədəbəy və Şəmkir rayonlarına səfər edəcək. “Regionların İnkişafı” İctimai Birliyinin dəstəyi ilə Respublika Günü ərəfəsində təşkil olunacaq qastrolda kollektiv tanınmış aktyorların iştirak etdiyi «Hərənin öz ulduzu» tamaşasını təqdim etməyi planlaşdırır. Tamaşada əsas rollarda xalq artisti Fatma Mahmudova, əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Əliyev, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Elxan İsmayılov və başqaları çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR