Bank Of Baku

Sankt-Peterburqda Beynəlxalq Teatr Festivalı keçiriləcək

Sankt-Peterburqda Beynəlxalq Teatr Festivalı keçiriləcək
# 08 may 2012 13:50 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mayın 10-dan 14-ə kimi Sankt-Peterburqda Musiqili Teatrların Beynəlxalq Assosiasiyası, Sankt-Peterburq Dövlət Musiqili Kamera Teatrı və Beynəlxalq Teatr İnstitutunun Rusiya Milli Mərkəzi ilə birlikdə «Russian musical theater NOW» adlı Beynəlxalq konfrans keçirəcək. Bu barədə APA-ya Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən bildirilib. Beynəlxalq Teatr İnstitutu, Musiqili Teatrların Beynəlxalq Komitəsinin üzvləri - o cümlədən İfaçılıq Sənəti Beynəlxalq Fondunun Musiqili Teatrlar şöbəsinin müdiri Nico Schaafsmanın (Niderland), Breqents festivalının bədii rəhbəri Laura Bermanın (Almaniya), «Musiqi teatrlar bu gün» müsabiqəsinin rəhbəri Roland Peterin (Almaniya), dünyada tanınmış teatr prodüseri Wong Üue Waiın (Honkonq), reyissor, dramaturq Tian Mansha (Şanxay) və məşhur «Meta- teatr»ın bədii rəhbəri Axel Tangerdingin (Almaniya), maraqlı modern layihələri ilə nüfuz qazanmış «Muziektheatr Transrortant»ın bədii rəhbəri Guy Goolenin (Belçika) və dünya teatr məkanının başqa tanınmış simalarının iştirak edəcəyi bu tədbirə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev də dəvət olunub. Ə. Lalayev konfransda Azərbaycanda teatr sənətinin inkişaf perspektivləri barədə məlumat verəcək. Burada, həmçinin Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xarici dövlətlərə qastrolları, Assosiasiyaya daxil olan teatrlarla qarşılıqlı yaradıcılıq əlaqələri və dünya teatrlarının aparıcı sənət ustalarının Bakıya dəvət edilməsi məsələləri müzakirə ediləcək. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı binasının təmiri ilə əlaqədar olaraq, teatrda istismara veriləcək yeni texniki avadanlıqlar üzrə mütəxəssislərin tanınmış teatrlarda təcrübə keçmə məsələləri də müzakirə olunacaq məsələlər sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR