Bank Of Baku

Bakıda “Müasir xalça” sərgisi təşkil olunacaq

Bakıda “Müasir xalça” sərgisi təşkil olunacaq
# 11 may 2012 14:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda Rusiyanın əməkdar rəssamı İqor Burqanovun “Müasir xalça” sərgisi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İqor Burqanov əslən Bakıdan olan, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, tanınmış heykəltəraş Aleksandr Nikolayeviç Burqanovun ailəsində Moskvada anadan olub. Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Rusiyanın Əməkdar Rəssamı, sənətşünaslıq namizədidir. Sərgidə doqquz ədəd xalça nümayiş etdirilir, eyni zamanda xüsusi videoçarx vasitəsi ilə xalçaların toxunma prosesi göstərilir. Sərginin açılışı mayın 12-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçiriləcək. Sərginin nümayişi mayın 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR