Bank Of Baku

Azərbaycan Beynəlxalq Kann Kinofestivalının proqramlarının birində iki qısametrajlı filmlə təmsil olunur

Azərbaycan Beynəlxalq Kann Kinofestivalının proqramlarının birində iki qısametrajlı filmlə təmsil olunur
# 17 may 2012 16:52 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. 65-ci Beynəlxalq Kann kinofestivalında Azərbaycan bayrağı dalğalanır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ikinci ildir festival şəhərciyinin mərkəzi xiyabanda yerləşən və “Azərbaycanfilm”in loqotipi ilə bəzədilmiş pavilyonda kinomuz, onun tarixi, bugünkü potensialı, birgə film istehsal etmək və xarici film istehsalçılarına xidmətlər göstərmək imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim olunub. Dünən pavilyonda qurulmuş monitorda “Buta” bədii filmini seyr edən digər ölkələrin nümayəndələri və festival iştirakçıları filmin rejissoru İlqar Nəcəfə əsərinin milli folklora və ənənələrə söykənməklə yanaşı Avropa tamaşaçılarının anlaya biləcək tərzdə çəkildiiyni bildiriblər. Filmin son bir neçə ayda iki beynəlxalq kinofestivalın baş mükafatlarına layiq görüldüyü haqqında tamaşaçılara məlumat verilib.

Festival proqramlarından birində iki qısa metrajlı filmimizin təmsil olunur, bunlar “Ultra production” şirkətinin çəkdiyi “İnkoqnito” və “Iz production”un istehsal etdiyi “Susma!” filmləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR