“Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalı başa çatıb
Festivalda sərgilənən işlərlə tanış olan M. Əliyevaya müəlliflər öz əsərlərinin ideya məzmunu haqqında məlumat veriblər.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qız qalası” Üçüncü Beynəlxalq incəsənət festivalı çərçivəsində keçirilən bu sərginin “Böyük beşlik” adlandığını bildirib.
L. Əliyeva deyib ki, sərgi Azərbaycanda və regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanların olmasəına diqqət cəlb etmək məqsədi daşıyır.
O deyib ki, İDEA Kampaniyası nəsli kəsilmək təhlükəsi ilə üzləşən ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini “Böyük beşliy”ə daxil edib. Sərgidə ceyranın nəsli kəsilmək təhlükəsi ilə üzləşən canlılara nümunə kimi istifadə edildiyini bildirən L. Əliyeva Heydər Əliyev Fondunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ceyranların təbii yaşayış mühitinə köçürülməsi layihəsini reallaşdırdığını da xatırladıb: “İDEA olaraq biz bu layihəyə daha çox yaradıcı və bədii yanaşma nümayiş etdirmək qərarına gəldik”.
L. Əliyeva İDEA Kampaniyasının təxminən bir il əvvəl yaradılsığını və ətraf mühitin qorunması ilə bağlı xeyli layihələr həyata keçirdiyini də vurğylayıb.
L. Əliyeva İDEA-nın başqa bir layihəsinin isə Qız qalasının qarşısında reallaşdırıldığını bildirib: “Qız qalasında bərpa işləri aparılarkən biz Afrikadan Azərbaycana uçub gəlmiş uzunqanad quşların yuvalarını aşkar etdik. İDEA Kampaniyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə bu quşlar üçün alternativ yuvalar tikdi”. Mən böyük məmnuniyyətlə məlumat verirəm ki, quşlar yeni yuvalarına köçüblər”.
L. Əliyeva sərgidə dünyanın müxtəlif ölkələrindən və Azərbaycandan 23 rəssamın iştirak etdiyini söyləyib: “Bu festival dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamlara bir-birilərinə məhəbbət, sülh və qarşılıqlı anlaşma mesajını çatdırmağa imkan yaradır”.
L. Əliyeva sərginin müxtəlif ölkələrdə keçirilməsinin planlaşdırıldığını da deyib
Daha sonra tədbirdə “Qız qalası” Üçüncü Beynəlxalq İncəsənət Festivalına həsr edilmiş videomaterial nümayiş etdirilib.
Küveytli rəssam Suraya Albaqsami və Birləşmiş Ərəb Əmirliyini təmsil edən Talal Moualla Bakıda bu cür festivalda iştirakları üçün Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Daha sonra Qız qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılıb.
Qeyd edək ki, “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir.
Festival Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoyub. Builki incəsənət festivalında 24 ölkədən 30-dan çox tanınmış rəssam iştirak edib.
İncəsənət
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Xəbər Lenti
Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Bakıda Şimali Kiprin müstəqilliyinin 43-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib
Almaniyanın XİN rəhbəri Paşinyan və Mirzoyanla görüşü barədə paylaşım edib
Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri ilə görüşüb
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” tədbirinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB
İranın Bəndər Abbas şəhərində eşidilən partlayış səslərinin səbəbi açıqlanıb
Kvrivişvili: Azərbaycanla yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində qərar verilib
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə zərbə endirib
Gürcüstan Müdafiə Qüvvələri komandanı Azərbaycan xüsusi təyinatlılarının məşğələsini izləyib - VİDEO
Aİ komissarı: Rusiya gələn il Ukraynaya 20 milyon dron buraxmağı planlaşdırır
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
KİV: Putin Çinə nüvə çantası ilə gedib - VİDEO
Seneqal sahillərində miqrant qayığı batıb, 50-dən çox insan itkin düşüb
Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib
CENTCOM komandanı İsrail ordusunun ali rəhbərliyi ilə İranı müzakirə edib
DİN 104 kq narkotik, 8 min həbi dövriyyədən çıxarıb, 8 nəfər tutulub- VİDEO
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib
Paşinyan TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb
Paşinyan Azərbaycanla sərhədyanı çayların birgə istifadəsi üzrə əməkdaşlıqdan danışıb
Neft və qaz ixrac edən ölkələr Antalyada enerji və iqlim məsələlərini müzakirə edib
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olub - YENİLƏNİB
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı növbəti imtahan ləğv edilib, ödəniş geri qaytarılacaq
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Yeni hüquqi tənzimləmələrin tətbiqi ilə bağlı dövlət qulluğuna daxili müsahibə elanı ləğv edilib
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı və əməkhaqları müəyyənləşib
Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər - FOTO
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb
Kreml Putin və Trampın ikitərəfli görüşünün vaxtının hələ razılaşdırılmadığını bildirib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN