Bank Of Baku

Şamaxıda azyaşlı məktəblilərin rəsm sərgisi keçirilib

Şamaxıda azyaşlı məktəblilərin rəsm sərgisi  keçirilib
# 21 may 2012 14:58 (UTC +04:00)
Şamaxı. Zahid Abışov – APA. Şamaxıda azyaşlı məktəblilərin rəsm sərgisi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, 28 May Respublika Gününə həsr olunmuş sərgiyə Nəsimi adına İncəsənət məktəbinin və Şamaxı təhsil şöbəsinin məktəblilərlə birgə hazırladıqları rəsm və əl işləri çıxarılıb. Rayon mədəniyyət mərkəzində təşkil olunmuş sərgiyə 50 uşağın 200-dən çox rəsm və əl işi çıxarılıb ki, bunların da bəziləri respublika rəsm yarışında birinci yeri tutub. Sərgi 3 gün davam edib və sərgiyə tamaşa edən insanların böyük marağına səbəb olub. Tədbir sonunda qalib olmuş azyaşlı rəssamlar diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Sonda incəsənət məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR