Bank Of Baku

Bakıda “Almaniya bir rəssamın gözu ilə” adlı sərgi açılıb

Bakıda “Almaniya bir rəssamın gözu ilə” adlı sərgi açılıb
# 22 may 2012 12:26 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Bakıda Almaniya Mədəniyyət Evi “Kapellhaus”da “Almaniya bir rəssamın gözü ilə” adlı incəsənət sərgisinin açılışı olub. APA-nın məlumatına görə, sərgidə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, rəssamlar və bir sıra xarici qonaqlar iştirak edib. Sərgiyə toplaşan qonaqları və iştirakçıları Almaniyanın Azərbaycandakı səfiri salamlayıb.

Sərgidə nümayiş olunan üç rəssamın əsəri qalib elan edilib. Nəzrin Rəhimova birinci, Roza Əliyeva ikinci, Nərgiz Əzizova isə üçüncü yeri tutub. Qaliblər Almaniya səfirliyi tərəfindən bir həftəlik Almaniya göndəriləcəklər.

Sərgidə 63 rəssamın 67 əsəri nümayiş etdirilib.

Qeyd edək ki, tədbir Almaniyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR