Bank Of Baku

İnarə Babayeva Belarus Respublikasında xüsusi diplomuna layiq görülüb

İnarə Babayeva Belarus Respublikasında xüsusi diplomuna layiq görülüb
# 25 may 2012 20:52 (UTC +04:00)
Bakı.Ülkər Rəşidqızı - APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, əməkdar artisti İnarə Babayeva bu günlərdə Belarus Respublikasında böyük uğurla keçən qastrol səfərində olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ.Babayeva mayın 21-də Belarus Böyük Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli italyan bəstəkarı C.Puççininin “Bohema” operasının tamaşasında çıxış edib və əsas rollardan biri Müzetta partiyasını ifa edib. Çox böyük uğurla keçən tamaşada İ.Babayevanın tərəf müqabilləri Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı solisti, Vokalçıların beynəlxalq müsabiqələri laureatı Natalya Petrojitskaya (Mimi), Qazaxıstan Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Medet Çotabayev (Rudolf) və Belorus Böyük Akademik Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov (Marsel) olublar. Tamaşanı Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrının baş dirijoru, Rusiyanın Əməkdar Artisti Feliks Kolobov idarə edib. Gözəl səhnə görünüşü, əla vokal imkanları ilə fərqlənən füsunkar Azərbaycanlı vokalçı öz peşəkar ifası ilə Belarus tamaşaçılarını heyran edib. MDB ölkələri Gənc Opera sənətçilərinin I Beynəlxalq festivalı çərçivəsində baş tutan tamaşa Belorus KİV-i tərəfindən geniş işıqlandırılıb. Minskin televiziya kanalları və qəzetləri İnarə Babayevanın ifasına böyük diqqət yetirib və onu yüksək qiymətləndiriblər.
Gənc azərbaycanlı vokalçı tamaşada parlaq çıxışına görə festivalın xüsusi diplomuna layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR