Bank Of Baku

Gürcüstanlı müğənni Dato Bakı səhnəsində Azərbaycan dilində mahnı ifa edəcək

Gürcüstanlı müğənni Dato Bakı səhnəsində Azərbaycan dilində mahnı ifa edəcək
# 30 may 2012 14:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. İyunun 9-da populyar müğənni və bəstəkar Dato Bakıda ilk dəfə Heydər Əliyev Sarayında yeni konsert proqramı ilə çıxış edəcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dato Bakıdakı ilk böyük konsertinə çox ciddi hazırlıq işləri görür. Tamaşaçılara daha əyləncəli, rəngarəng konsert proqramı təqdim etmək məqsədilə, müğənni özünü səhnədə müşayiət etmək üçün populyar “Fusion” şou baleti gətirəcək. Bundan əlavə, Sarayda keçiriləcək konsertində 20 mahnı səsləndirəcək Dato, Bakı tamaşaçıları üçün böyük sürpriz edərək, 3 xüsusi hazırlanmış mahnını Azərbaycan və türk dillərində ifa edəcək.

Repertuarında 6 dildən çox mahnı olan Dato, soul, reqqi və latın stillərində oxuyur. Dəfələrlə Gürcüstanda “İlin müğənnisi” seçilən Dato, nəfəs alətlərindən başqa bütün musiqi alətlərində ifa etməyi bacarır.

Konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR