Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Afaq Abbasova XV TÜRKSOY Opera günlərində Azərbaycanı təmsil edib
01 iyun 2012 16:44 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Afaq Abbasova XV TÜRKSOY Opera Günlərində Azərbaycanı təmsil edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilən Türksoy Opera Günləri bu il Qazaxıstanın xalq sənətçisi Kulaş Bayseitovanın 100 illik yubileyinə həsr edilib. Türksoy Beynəlxalq mədəniyyət təşkilatı, Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi, Şimali Kipr Turizm, Çevrə və Kültür Bakanlığının təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirdə bir sıra türkdilli ölkələrdən – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Saxa-Yakutiya vilayəti, Tatarıstan, Krım, Bosniya-Herseqovinadan olan ən dəyərli opera sənətçiləri iştirak ediblər. Opera günləri çərçivəsində Afaq Abbasova 3 konsertdə - İstanbulda (İstanbul Dövlət Opera və Balet Teatrı simfonik orkestrinin müşayiətilə), Şimali Kiprin paytaxtı Qirnədə böyük uğurla çıxış edib, C.Puççininin “Madam Batterflyay” operasından Çio-Çio-Sanın, C.Verdinin “Traviata” operasından Violettanın və “Taleyin gücü” operasından Leonoranın ariyalarını uğurla ifa edib. Onun parlaq ifası tədbirin təşkilatçıları, həmçinin də “TÜRKSOY” təşkilatının baş katibi Düsen Kaseinov tərəfindən qeyd olunub və A. Abbasova xüsusi diplomla təltif edilib. Afaq Abbasova XV Opera günlərinin ən gənc iştirakçısı olub.
İncəsənət
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
08:06
9 may 2024
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin qonağı Siyavuş Kərimi olub - FOTO
02:55
8 may 2024
Musiqi məktəblərinə şagird qəbulu başlayıb
14:11
6 may 2024