Bank Of Baku

Türk rejissoru Qarabağdan film çəkib

Türk rejissoru Qarabağdan film çəkib
# 08 iyun 2012 23:45 (UTC +04:00)
Bakı-APA. Şimali Kiprin Yaxın Doğu Universitetində “Qarabağ” adlı filmin təqdimat mərasimi keçirilib. Film adı çəkilən universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib. Film barədə ətraflı məlumat verən, həmin universitetin tələbəsi və eyni zamanda filmin logistik dəstəkçisi Maral Hüseynli bildirib ki, “Qarabağ” adlı filmin rejissoru türkiyəli tələbə Gökalp Yamendir.

“Filmin çəkilməsində məqsəd gənclərin gözü ilə Qarabağ həqiqətlərini izləyicilərə çatdırmaq olub”, deyə Maral Hüseynli əlavə edib.

Maral Hüseynlinin sözlərinə görə ssenarini G.Yamen, azərbaycanlı tələbələr Günel Babayeva, Niyazi Səlimbəyli və onun özü birgə yazıblar.

Filmdə baş rolları Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk oynayırlar. Ekran əsərində Ukrayna (Krım), İraq (Kərkük), Kipr (Lefkoşa), Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar iştirak ediblər.

Filmin prodüseri Günel Babayevadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR