Akademik Milli Dram Teatrının kollektivi Moldovada səfərdədir
09 iyun 2012 10:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Akademik Milli Dram Teatrının kollektivi Moldovanın paytaxtı Kişinyov şəhərində səfərdədir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr kollektivi 6-13 iyun tarixlərində Moldovanın paytaxtı Kişinyovda keçirilən Gənclərin Teatr Forumunda iştirak edir. MDB ölkələrinin beynəlxalq humanitar əməkdaşlıq fondunun, Moldova Respublikasının Mədəniyyət Nazirliyinin, Beynəlxalq Teatr Xadimləri Konfederasiyasının, A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının, Kişinyov meriyasının və Moldova Teatr Xadimləri İttifaqının birgə təşkil etdikləri forumda Gürcüstan, Rusiya, Özbəkistan, Latviya, Ukrayna, Litva, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan teatrları ilə yanaşı Azərbaycan teatrı da iştirak edir. Forumda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, Akademik Milli Dram Teatrının və Teatr Xadimləri İttifaqının birgə layihəsi olan «On ikinci gecə və ya hər nə istəsəniz» tamaşası təmsil edir. U.Şekspirin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın bədii rəhbəri xalq artisti Azərpaşa Nemətov, quruluşçu rejissorları Vüqar Əhmədov və Fərid Əhmədovdur. Tamaşada Əməkdar Artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, aktyorlar Anar Heybətov, Elnur Məmmədov, Vüsal Murtuzəliyev, Aslan Şirinov, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, Ellada Əhmədova, Nigar Güləhmədova və Fəridə Əliyeva çıxış edirlər. Tamaşa iyunun 10-da M.Eminesku adına Milli Teatrın binasında nümayiş olunacaq. Forum çərçivəsində gənc rejissorların, teatr tənqidçilərinin, dramaturqların və səhnəqrafların laboratoriya proqramı da həyata keçiriləcək. Proqrama əsasən, müxtəlif ölkələrdən gəlmiş gənc tənqidçilər, rejissorlar, aktyorlar və rəssamlarla ustad dərsləri və seminarlar, vörkşop, dəyirmi masa, müzakirə formatında intensiv görüşlər baş tutacaq.
Həmçinin forumun sonunda səhnəqrafiya kollajı, pyeslər toplusu və gənc tənqidçilərin məqalələrindən ibarət toplu dərc olunacaq. Forumda Azərbaycandan rejissor Vüqar Əhmədov, rəssam Fərid Əhmədov, teatrşünaslar Elçin Cəfərov və Aygün Süleymanova, dramaturqlar Natella Osmanlı, İsmayıl İmanov, Şəbnəm Xeyrulla və Samir Sədaqətoğlu iştirak edirlər.
Həmçinin forumun sonunda səhnəqrafiya kollajı, pyeslər toplusu və gənc tənqidçilərin məqalələrindən ibarət toplu dərc olunacaq. Forumda Azərbaycandan rejissor Vüqar Əhmədov, rəssam Fərid Əhmədov, teatrşünaslar Elçin Cəfərov və Aygün Süleymanova, dramaturqlar Natella Osmanlı, İsmayıl İmanov, Şəbnəm Xeyrulla və Samir Sədaqətoğlu iştirak edirlər.
İncəsənət
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
08:06
9 may 2024
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin qonağı Siyavuş Kərimi olub - FOTO
02:55
8 may 2024