Milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizli vətən” ədəbi-bədii kompozisiyası nümayiş etdiriləcək

Milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizli vətən” ədəbi-bədii kompozisiyası nümayiş etdiriləcək
# 19 iyun 2012 08:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın bölgələrində milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizli vətən” ədəbi-bədii kompozisiyası nümayiş etdiriləcək. Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın bir qrup aktyoru iyunun 18-dən – 20-dək Gədəbəy, Qazax və Ağstafa bölgələrində “Təəssüb” poeması əsasında hazırlanmış sözügedən kompozisiyası ilə çıxış edəcəklər. Gənc Tamaşaçılar Teatrı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin birgə layihəsi çərçivəsində nümayiş etdiriləcək kompozisiya Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun şəhidliyi gününə həsr olunub. Ssenari müəllifi və aparıcısı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru Səriyyə İsmayılova, quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı olan kompozisiyada, əməkdar artistlər Lətifə Əliyeva, Kəmalə Hüseynova, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev iştirak edəcəklər. Tədbirdə həmçinin, teatrın aktroyu İlham Əsədovun ifasında “Qalmaz dünya”, Əlirza Amanbəylinin ifasında “Yenilməz” mahnısı səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR