Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş əl işləri festivalı keçiriləcək
20 iyun 2012 12:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş əl işləri festivalı keçiriləcək. Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən iyun-noyabr aylarında təşkil edilir. İdarədən APA-ya verilən məlumata görə, böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş əl işləri festivalı N. Gəncəvi yaradıcılığının təbliği, milli təsviri sənətə, xalq yaradıcılığına marağın artırılması, bu istiqamətdə fəaliyyət göstərən həvəskarların aşkar edilməsi və stimullaşdırılması məqsədi daşıyır.
Festivalda həvəskar və peşəkar sənətkarlar iştirak edə bilər. Hər iştirakçı tərəfindən festivala ən çoxu 3 əl işi göndərilə bilər. Festivala təsviri oyma (taxta, metal, daş), tikmə, xalça, rəsm (akvarel, qrafika, yağlı boya, batik, vitraj), miniatür fiqurlar (gil, gips) sahələr üzrə əl işləri oktyabrın 15-dək qəbul olunacaq. Festivala digər müsabiqələrdə mükafat almış əl işləri göndərilə bilməz.
Festivala göndərilən ən yaxşı əl işləri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil olunan digər tədbir və sərgilərdə də nümayiş olunacaq.
Münsiflər heyəti tərəfindən seçilmiş əl işlərinin müəllifləri festivalın Fəxri Fərmanı ilə təltif ediləcək, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

İncəsənət
Mədəniyyət Nazirliyi “Kapitan və Xəzər dənizi” və tələbə filmlərinin maliyyələşməsinə başlayıb
15:23
29 may 2024
Gəncə Filarmoniyasında ilk dəfə "Cücələrim" Uşaq Festivalı təqdim ediləcək
15:01
29 may 2024
“Gəncə və gəncəlilər” layihəsi Qəmbər Hüseynlinin xatirəsinə həsr olunacaq
20:31
26 may 2024
77-ci Kann Film Festivalının qalibləri bəlli olub - FOTO
03:25
26 may 2024