Bank Of Baku

Akademik Musiqili Teatrda premyera olacaq - FOTO

“Utancaq qız” monotamaşası

© APA | “Utancaq qız” monotamaşası

# 17 dekabr 2021 16:32 (UTC +04:00)

Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası olacaq.

Teatrından APA-ya verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti, Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi, Əliqismət Lalayevdir.

Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Azərbaycanın və Kalmıkiyanın (RF) Əməkdar artisti, Şövqi Hüseynov, səhnə və geyim üzrə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti isə Elməddin Dadaşovdur.

Həyatın dərin qatlarındakı mənaları özündə birləşdirən monotamaşada zamanın qəddar qanunlarından törəyən müxtəlif hadisələr bütün çılpaqlığı ilə göstərilir.

Səhnə əsərində dünyaşöhrətli bəstəkar Alfred Şnitkenin “Uçuş” simfonik əsərindən istifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR